AKİA kreditləri

Kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin və proqramların fond vəsaitləri hesabına maliyyələşməsi
Güzəşt müddəti - 24 ayadək
Məbləğ - 1 milyon manatadək
Faiz dərəcəsi - 7% / 12%
Güzəştli kreditlər
Kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin və proqramların Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına maliyyələşdirilməsi istiqamətləri:

  • Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi
  • Regionların aqrar inkişafı ilə bağlı innovativ layihələrin maliyyələşdirilməsi
  • Kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin, həmçinin onların güzəştli satışının və lizinqinin maliyyələşdirilməsi
  • Heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyyələşdirilməsi
  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin pilot layihələrinin maliyyələşdirilməsi
Kredit vəsaitlərinin verilmə həddi:
  • 15 000 manatadək- mikrokreditlər
  • 15 001 manatdan 30 000 manatadək – kiçikhəcmli kreditlər
  • 30 001 manatdan 100 000 manatadək- ortahəcmli kreditlər
  • 100 001 manatdan 200 000 manatadək – böyükhəcmli kreditlər
  • 1 000 000 manatədək - kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün kreditlər
    Kredit vəsaitlərinin istifadə müddəti
    • Mikrokreditlər - 3 ilədək
    • Kiçik və ortahəcmli kreditlər - 3 ilədək
    • Böyükhəcmli kreditlər - 5 ilədək
    • Kredit müddəti güzəştli şərtlərlə alınan damazlıq heyvanlar üçün 3 il
    • Digər kənd təsərrüfatı istehsal vasitələri üçün - 5 il
      Kredit vəsaitlərinin güzəşt müddəti
      • Mikrokreditlər - 12 ayadək
      • Kiçik və ortahəcmli kreditlər – 18 ayadək
      • Böyükhəcmli kreditlər – 24 ayadək
      • Alınmasında güzəşt tətbiq edilən kənd təsərrüfatı istehsal vasitələri üçün kreditlərə güzəşt müddəti şamil edilmir
      • Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəyir, əsas borc üzrə hər hansı ödəniş həyata keçirmir
      • Sahibkarlıq subyektləri alınmış kreditlər üzrə faiz borclarını və əsas borcu güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq, kredit müqaviləsinə uyğun olaraq, hər ayın ilk iş günü bərabər hissələrlə ödəyirlər
      Verilən kredit vəsaitlərinə tətbiq edilən faiz dərəcələri
      • Mikro kreditlər - 12%
      • Kiçik və orta kreditlər - 7%
      Tələb olunan sənədlər
      1. Şəxsiyyət vəsiqəsi
      2. VÖEN
      3. Kreditin təminatı kimi likvid girov əmlakı və ya zəmanət
      4. Torpaq sənədi və ya icarə müqaviləsi